Fırtına insanları təşvişə saldı - VİDEO

19 Avqust 2014 07:22 (UTC+04:00)


Təşvişə düşmələrinə baxmayaraq, vətəndaşlar cib telefonlarıyla dənizdə yaranan burulğanı çəkməkdən də imtina etməyiblər.

Anspress-in məlumatına görə, dünən saat 12 radələrində, Akçakocada bir anda hava qaralıb və dənizdə burulğan əmələ gəlib. Burulğanla birgə dəniz dalğalanmağa başlayıb və hər dəfə sahilə çırpıldıqca vətəndaşlar təşviş yaşayıb.

Qeyd edək ki, yağışlarla müşahidə olunan burulğan sonra gəldiyi kimi də anidən yox olub.



AzNews.az