Məzuniyyətə gələn əsgər Nabranda boğuldu

19 Avqust 2014 09:24 (UTC+04:00)

Hadisə axşam saat 20:10 radələrində Nabranda baş verib.

Belə ki, "Batabat" istirahət mərkəzi ərazisindəki çimərlikdə çimən 1996-cı il təvəlüldlü Əliağa Gəray oğlu Əliyev dənizdə çimərkən batıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onun meyidi batdığı yerdən təxminən 3 kilometr aralıqda tapılıb.

Qeyd edək ki, Əliağa Əliyev Quba rayon sakinidir. O, Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edirdi. Qulluq etdiyi həqiqi hərbi xidmətdən 5 günlük məzuniyyətə gəlibmiş.

Fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən anspress-in bölgə müxbirinə təsdiqlənib.

AzNews.az