Qəzzada atəşkəs bir gün uzadılıb

19 Avqust 2014 09:49 (UTC+04:00)


Beş günlük atəşkəs avqustun 18-də bitib. Müddətin uzadılmasını Misir hökuməti təsdiqləyib. Bildirilib ki, Fələstin və İsrail təmsilçiləri daimi saziş üçün Qahirədə danışıqlar aparmağa razılaşıblar.

İsrail iyulun 8-də Qəzza zolağına hücuma başlayandan 1.900 fələstinli və 66 israilli həlak olub ("bizimyol.info").