Liviyadakı ABŞ səfiri öldürüldü - VİDEO

12 Sentyabr 2012 12:44 (UTC+04:00)
Liviyanın Benqazi şəhərində yerləşən ABŞ konsulluğa hücumla bağlı yeni məlumatlar yaılıb. AzNews.az-ın royters xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, hücum zamanı konsul Kristofer Stivens həlak olub.

Onun eyni zamanda Liviyadakı ABŞ səfiri missiyasını həyata keçirdiyi bildirilir. Bundan əlavə, royters daha 3 konsulluq əməkdaşının ölməsi ilə bağlı məlumat yaysa da onların adı və tutduqları vəzifə ilə bağlı məlumat verməyib.



Sadiq
AzNews.az