Avtomobil pizza restoranına girdi- VİDEO

19 Avqust 2014 17:50 (UTC+04:00)
Amerika Birləşmiş Ştatlarında azyaşlı uşaqlar pizza yedikləri yerdə xəsarət alıb.

ANS TV-nin məlumatına görə, Los-Anceles şəhərində minik avtomobilinin yoldan çıxaraq Pizza restoranına girməsi 7 nəfərin xəsarət alması ilə nəticələnib. Xəsarət alanların üçü azyaşlı uşaqlardır.

Onların arasında bir aylıq körpənin və 5 yaşlı uşağın başından ağır yaralandığı bildirilir.

Şəxsiyyəti açıqlanmayan sürücünün qəza törətməsinin səbəbləri hələlik məlum deyil.



AzNews.az