Ermənilər torpaqlarımızı yenə yandırır

19 Avqust 2014 19:58 (UTC+04:00)
Ermənistan silahlı qüvvələri işğal altındakı Azərbaycan ərazilərində bu gün də yanğınlar törətməyə davam edib.

ANS PRESS-in məlumatına görə, yanğınlar əsasən Şahbulağ dağı istiqamətində törədilir.

Təmas xəttinə yaxın yerləşən Ağdam rayonunun Çəmənli kəndinin sakinlərinin sözlərinə görə kənddən baxanda Şahbulağdakı daş karxanasının yerləşdiyi ərazinin aşağı hissəsində, yəni dağın ətəyində alovu görmək mümkündür.

AzNews.az