Qırıcı təyyarələr havada toqquşdu

19 Avqust 2014 23:40 (UTC+04:00)
İtaliyada hərbi təyyarələrin təlimi zamanı iki qırıcı havada toqquşub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Askoli şəhəri yaxınlığında baş verən qəzadan sonra qırıcı təyyarələr meşəlik sahəyə düşərək yanmağa başlayıb. Məlumata görə hadisə nəticəsində sivil vətəndaşlardan ölən olmayıb.

Lakin pilotların öldüyü ehtimalları çoxdur. Hadisə yerinə xilasedicilər cəlb olunub. İtaliya Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

AzNews.az