Bədbəxt hadisə 4 nəfərin ölümünə səbəb oldu

20 Avqust 2014 11:34 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, avqustun 19-da Sabirabad rayonu Qasımbəyli kənd sakini, azyaşlı Səid Umudov su kanalına yıxılaraq, boğulub.
Pirallahı qəsəbəsində yaşayan Alik Səmədovu elektrik cərəyanı vurması, avqustun 18-də Suraxanı rayonunda yaşayan Ziba Alxasova evində sirkə turşusundan zəhərlənərək dünyalarını dəyişiblər.

Daha bir ölüm hadisəsi isə Qaradağ rayonunda qeydə alınıb. Belə ki, avqustun 11-də rayonun Qızıldaş qəsəbəsində yaşayan Hicran Bəydəmirova evində qaz sobası ilə ehtiyatsız davrandığından yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş H. Bəydəmirova avqustun 19-da orada ölüb.

AzNews.az