Müşfiq Əmirova vəzifə verildi

20 Avqust 2014 12:31 (UTC+04:00)


"APA-Economics"in xəbərinə görə, nazir Əli Abbasovun əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov nazirin müşaviri təyin edilib.

Nazirliyin informasiya-təbliğat işi, ictimaiyyətlə əlaqələr, multimedia mərkəzi və internet resurslarına ümumi rəhbərlik nazirin müşavirinin səlahiyyətlərinə aiddir.

M. Əmirov "APA-Economics"ə faktı təsdiqləyib və göstərilən etimada görə təşəkkürünü bildirib.

AzNews.az