Türkiyə səfirliyinə güllə atan erməniyə bir aylıq həbs kəsildi

20 Avqust 2014 13:59 (UTC+04:00)
Avqustun 18-də Türkiyənin Rusiyadakı səfirliyə atəş açan Ermənistan vətəndaşı Artur Mirzəyana qarşı "xuliqanlıq" maddəsi üzrə cinayət işi açılıb.

Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, Moskvanın Xamovniçeski məhkəməsi onun haqda bir aylıq həbs-qətimkan tədbiri seçib.

Məhkəmədə Mirzəyan özünü günahkar saydığını, 500 min rubl cərimə ödəməyə hazır olduğunu, istintaq müddətində ölkədən getməyəcəyinə söz verdiyini söyləyib.

Vəkilinin sözlərinə görə, müttəhim evlidir, iki azyaşlı övladı var, işlə təmin edilib, hadisə zamanı qaçmayıb və polisi gözləyib, bu səbəblərdən o, girov qarşılığında zaminə buraxıla bilər.

Vəkil onu da bildirib ki, Mirzəyanın silah gəzdirməyə qanuni hüququ olub. Lakin erməni cinayətin motivini hələ də izah eləməyib.

AzNews.az