Pakistanda güclü yanğın-200 ölü

12 Sentyabr 2012 13:47 (UTC+04:00)
Pakistanın Karaçi şəhərində yerləşən fabriklərin birində güclü yanğın baş verib. AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 200- dən çox işçi həlak olub.

65 nəfərin isə yanğından xilas olmaq istəyərkən yaralandığı bildirilir. Hazırda xilas etmə tədbirləri həyata keçirilir.
Yerli polisin verdiyi məlumata görə, yanğında daha çox insanın ölməsinə səbəb ehtiyat çıxışın olmaması olub.

Sadiq
AzNews.az