Universitetlər Qəbələyə köçürüləcək - Siyahı

21 Avqust 2014 09:01 (UTC+04:00)


Axar.az xəbər verir ki, gələcək plana görə, Bakıda yerləşən bəzi universitetlər bu şəhərə köçürüləcək.

Məlumatda bildirilir ki, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. Bu siyahıya Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərləri aiddir. Dövlət Neft Akademiyasının da köçürülməsi planda olsa da, yeri məlum deyil. İddialara görə, universitetlərdən bəziləri şəhər kənarına, bəziləri isə Qəbələyə köçürüləcək, BDU isə Bakıda qalacaq.

Hökumət ali məktəbləri Qəbələyə köçürməklə paytaxtdakı sıxlığı aradan qaldırmaq istəyir.

Xatırladaq ki, dünyanın böyük meqapolislərində ali təhsil müəsisələri paytaxtın mərkəzində yerləşmir. Bu, həm tələbələrin mikromühitinin formalaşması, həm də şəhərin sıxlığının azalması baxımından əhəmiyyətli sayılır.

P.S. Təhsil Nazirliyi 2 gündür göndərdiyimiz rəsmi sorğuya cavab vermədiyindən, xəbərə və mövzuya rəsmi münasibət öyrənə bilmədik.

AzNews.az