AzTV-nin əməkdaşı rəsmi tədbirdə öldü (YENİLƏNİB)

21 Avqust 2014 15:39 (UTC+04:00)

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi Ağaqulu Əliağa oğlu Mürvətovun Horadiz qəsəbəsində rəsmi tədbir zamanı dünyasını dəyişib.

Məlumatda bildirilir ki, A. Mürvətov məhkəmə-tibbi ekspertizasının arayışına əsasən, üçüncü dəfə aldığı geniş infarkt nəticəsində vəfat edib.


***
15:34

Fizuli rayonunda bədbəxt hadisə baş verib.

Fizuli Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 10 radələrində qeydə alınıb.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi, 1955-ci il təvəllüdlü, Ağaqulu Əliağa oğlu Mürvətov Horadiz qəsəbəsində rəsmi tədbir zamanı generator maşınında olarkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

AzNews.az