“Baş verənlərdən məlumatsızam” – Lütfəli Babayevin müavini

21 Avqust 2014 14:09 (UTC+04:00)
Məlum olduğu kimi bu gün "Koroğlu" metrostansiyasının yaxınlığındakı körpüdə intihara cəhd edən Fəqan Nəsibov bu əməlində Zərdab rayon İcra Hakimiyyəti başçısı Lütvəli Babayevi ittiham edib.

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Zərdab rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə cəhd etsə də, bu, mümkün olmayıb. Ünvanladığımız suala İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverdi Səfərov yalnız bunları deyib: "Baş verənlərdən məlumatsızam. Hazırda məzuniyyətdəyəm və kənar yerdəyəm. Fəqan Nəsibov adlı şəxsi tanımıram".

Xatırladaq ki, intihara cəhd edən, sahibkar Fəqan Nəsibov deyib ki, Lütvəli Babayev Mingəçevirin İcra Hakimiyyətinin başçısı işlədiyi vaxt aldadılıb. F.Həsibov iddia edib ki, Lütvəli Babayev həmin vaxt onu aldadaraq 65 min dollar pulunu mənimsəyib.

Qeyd edək ki, Lütvəli Babayev də teleqraf.com-a açıqlama verməkdən yayınıb: "Hazırda rayonun Heydər Əliyev Mərkəzində tədbirdəyəm, sonra danışarıq".

Bahar Rüstəmli
AzNews.az