18 yaşlı oğlan avtobusdan yıxılaraq öldü
21 Avqust 2014 16:10 (UTC+04:00)
Bakıda 18 yaşlı oğlan bədbəxt hadisənin qurbanı olub.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə "Baksol yolu" adlanan ərazidə qeydə alınıb.
Abşeron rayon sakini, 1996-cı il təvəllüdlü Bəhruz İdris oğlu Cəfərov 71 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusundan yıxılaraq ölüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
AzNews.az