Ukraynalı nazir istefa verib

22 Avqust 2014 07:16 (UTC+04:00)


Anspress-in məlumatına görə, ölkənin iqtisadiyyat naziri Pavlo Şeremeta hakimiyyətin uğursuz siyasətinə qarşı çıxaraq vəzifəsindən istefa verdiyini bildirib.

Şeremeta ölkə iqtisadiyyatının dirçəlməsi üçün bu sahədə müəyyən islahatların keçirilməsini vacib sayır. Həmçinin, Beynəlxalq Valyuta Fondu da Ukraynaya maliyyə yardımı edilməsi üçün bu ölkədə iqtisadi islahatların keçirilməsini tələb edir.

Ukrayna qanunvericiliyinə əsasən, nazirlərin vəzifədən getməsinə parlament qərar verir. Parlamentin nazirin istefasını təsdiqləyəcəyi isə, hələlik real görülmür.

Ölkə prezidenti Pyotr Poroşenko isə ötən ay koalisiya hökumətinin dağılması ilə əlaqədar bu həftəsonu parlamentin buraxılacağını bildirib. Vəziyyətlə əlaqədar hökumət oktyabr ayının sonlarında erkən seçkilərə gedə bilər.

AzNews.az