Xaçmazda 37 yaşlı qadını elektrik cərəyanı vurdu/b>

22 Avqust 2014 08:12 (UTC+04:00)


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 21-də Xaçmaz rayonunun İdris-oba kənd sakini1977-ci il təvəllüdlü Əminə Seyidəhmədovanı elektrik cərəyanı vurub.

Dərhal hadisə yerinə həkim biriqadası çağrılıb. Həkimlərin səyinə baxmayaraq mərhumun həyatını xilas etmək mümkün olmayıb.

AzNews.az