AzNews.az-ın yazısı DİN-i və prokurorluğu hərəkətə gətirdi

22 Avqust 2014 10:14 (UTC+04:00)

Bu barədə AzNews.az-a şikayətçinin özü məlumat verib: "Yazı yayımlanandan bir neçə saat sonra sonra hər iki dövlət qurumundan mənə zəng olundu. Bildirildi ki, sizin şikayətiniz icraata götürülüb və mənim bir daha şikayətimi dinləmək, bu yöndə kömək etmək üçün sözügedən qurumlara dəvət etdilər".



Qeyd edə ki, AzNews.az-a şikayətçi Bayramova Ləman Əlizaman qızının bildirdiyinə görə, həyat yoldaşı Ravil Bayramov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda həbsdədir və bunun sifarişçisi Xətai rayon prokuroru Yusif İldırımzadədir: "Ravili Azər Əli oğlu Həsənov adlı şəxsdən 750.000 manat pulu dələduzluq yolu ilə alıb, çox hissəsini geri qaytarmamaqda ittiham edirlər. Əslində isə bu ittiham qondarmadır. Həyat yoldaşıma kommersiya fəaliyyətini genişləndirmrək üçün Azər tərəfindən həmin məbləğdə pul müxtəlif dövrlərdə faizlərlə bir neçə dəfəyə borc kimi verilib və həyat yoldaşım həmin pulların hamısını qaytarıb. Lakin həmin pulun qaytarılmasında bəzən gecikmələr olub və Azər Həsənov bundan istifadə edərək Ravildən fantastik dərəcədə faiz tələb edib. Həmin faizlərin böyük bir hissəsi Ravildən zorla alınıb".

Şikayətçi Ləman Bayramova deyir ki, Azər Həsənov həmin pulları guya xalası qızının həyat yoldaşı olan Xətai rayon prokuroru Yusif İldırımzadədən və onun bacanağı Nizami Rayon Polis İdarəsində istintaq şöbəsinin rəisi İlham Paşayevdən alıb.

Yazını tam şəkildə BURADAN oxuya bilərsiniz.


AzNews.az