Ukraynalı nazir Xarkovdakı fəxri konsulumuzu qəbul edib

22 Avqust 2014 10:38 (UTC+04:00)

APA-nın Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir Ə. Salmanova təntənəli şəkildə konsul ekzekvaturasını təqdim edib, vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mərasimdə iştirak edən Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Nazim Əliyev Ukraynada məlum vəziyyətə baxmayaraq məsələnin müsbət həllinə görə nazirə minnətdarlığını bildirib. O, bunun Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının gələcək inkişafına və regional əməkdaşlığa təkan verəcəyini vurğulayıb.

AzNews.az