Güneyi dəstəkləyən konqresmenə qarşı kampaniya aparılır

12 Sentyabr 2012 14:55 (UTC+04:00)
Amerikalı konqresmen Dan Rohrabaherin Güney Azərbaycanın müstəqilliyini dəstəkləyən məktubundan sonra konqresmenə qarşı kampaniyaya start verilib. Özünü İranın parçalanmasına qarşı çıxan farslar adlandıran qrup Facebook şəbəkəsində D.Rohrabaherə qarşı səhifə yaradaraq səhifənin bəyənilməsi istiqamətində işə başlayıb. Bu barədə məlumat AzNews.az-a İsveç Azərbaycan Federasiyasından verilib.

Federasiyanın məlumatına görə, konqresmenə qarşı olan qrup 22 min imza topladıqlarını bildirib: "Konqresmenə qarşı aparılan kompaniyaya qarşılıq olaraq Facebook şəbəkəsində Guney Azərbaycan türkləri tərəfindən www.facebook.com/SupportSelfDeterminationForSouth
Azerbaijan səfhəsi yaradılıb. Bu səhifəyə daxil olmaqla Güney Azərbaycanla bağlı mövqe nümayiş etdirmək olar"

Məlumat üçün bildirək ki, amerikalı konqresmen ABŞ dövlət katibi Hillari Klintona məktub göndərərək İranda yaşayan azərbaycanlıların müstəqillik mübarizəsini dəstəkləməyə çağırmışdı. Məktubda İranda müstəqil Azərbaycana nisbətdə təxminən 2 dəfə çox azərbaycanlının yaşadığı, Azərbaycanın 1828-ci ildə İran və Rusiya arasında bölündüyü vurğulanırdı.

Alpər
AzNews.az