Şəhidlər Xiyabanında qeyri-insani hərəkətlə bağlı - Rəsmi açıqlama - FOTO (Yenilənib)

22 Avqust 2014 11:56 (UTC+04:00)
"Şəhidlər Xiyabanında" İlham və Fərizənin məzarına nəcis yaxılması çox güman ki, əraziyə gələn hansısa avara insanların işidir. Bu barədə bizə səhər saatlarında məlumat verilib və dərhal məzarlar təmizlənib".

Bunu İnterpress.az-a BŞİH-nin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov şəhid məzarlarına nəcis yaxılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

S.Həsənovun sözlərinə görə, ərazidə müşahidə kamerası olmadığından hadisəni kimin törətdiyi məlum deyil: "Gecə saatlarında əraziyə ancaq 2 polis əməkdaşı nəzarət edir. Görünür, bu hadisəni edən kimsə məharətlə polislərin gözündən yayına bilib".

S.Həsənov hadisəni kimin törətməsinin araşdırılması ilə bağlı hələlik rəsmi qurumlara müraciət edilmədiyini vurğulayıb.


***
13:42

Bakıda məhəbbət simvolu sayılan şəhidlərimizin qəbirləri təhqir olunub.

Bu barədə ANS PRESS-in "qaynar xətti"nə müraciət daxil olub. Müraciətdə deyilir ki, Bakıda Şəhidlər Xiyabanındakı İlham və Fərizənin qəbirləri üzərinə nəcis sürtülüb.

Məsələni araşdırmaq üçün Şəhidlər Xiyabanına baş çəkdik. Onların məzarları təmizlənmişdi. Məsələni araşdırmaq üçün "20 yanvar" cəmiyyətilə əlaqə saxladıq. Cəmiyyətin əməkdaşı Qüdrət Hücətov ANS PRESS-ə əvvəlcə hadisəni inkar etdi. Lakin sonradan fotonun olduğunu biləndə, bildirdi ki, yəqin qəbirləri xadimələr təmizləyib.

"Yəqin bu işi Facebooka qoyan şəxsin özü edib. Şəhidlər Xiyabanının xüsusi təhlükəsizliyə nəzarət edən qurumu yoxdur. Ərazidə post patrul xidmətlərinin əməkdaşları gəzişir. Onlar təhlkəsizliyə nəzarət edir. Bizim hadisədən xəbərimiz olmayıb", - deyə Qüdrət Hücətov bildirib.

Ərazidə çalışan polis əməkdaşalrı ilə də danışanda məlum oldu ki, polislər də həmin hadisə barədə xəbərsizdirlər.



AzNews.az