Ukraynaya məxsus döyüş helekopteri vuruldu - Luqanksda

22 Avqust 2014 13:51 (UTC+04:00)


AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, bu barədə xəbəri Milli Təhlükəsizlik və Müdafiə Xidməti yayib.

Məlumatda bildirilib ki, helekopterin ekipaj üzvlərinin hamısı həlak olub: "Avqustun 20-də Luqansk vilayətinin Qeortievski rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən, terrorçular tərəfindən Mi-24 helekopteri vurulub".

Qurumdan deyilib ki, hazırda həlak olan ekipaj üzvlərinin tapılaraq, döyüş bölgəsindən çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirilir.

Həlak olanların sayı və kimliyi haqda isə məlumat verilmir.

Məhəmməd
AzNews.az