Bakıda yaşayış binası yandı

22 Avqust 2014 15:03 (UTC+04:00)
Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli binanın 3-cü mərtəbəsindən 6-cı mərtəbəsinə kimi şaxtadan keçən 12 p.m elektrik kabelləri yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı binanın yuxarı mərtəbələrindən 10 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az