Ebola qızdırmasından sağalmış ilk pasiyent

22 Avqust 2014 17:39 (UTC+04:00)
33 yaşlı amerikalı həkim Kent Brentlidən götürülmüş analizin nəticələri göstərib ki, onun qanında Ebola virusun izləri yoxdur.

AzNews.az AzərTAc-a istinadla xəbər verir ki, K.Brentli Ebola qızıdırmasına yoluxanların içində Zmapp eksperimental zərdabını qəbul edən birinci adamdır. "ABC News" telekanalının verdiyi xəbərə görə, xəstənin vəziyyəti o qədər sürətlə ağırlaşırdı ki, afrikalı həkimlər son tədbir olaraq, ona zərdab vurmağa məcbur olublar.

K.Brentlinin 59 yaşlı həmkarı xanım Nensi Raytbol da həmin öldürücü virusa yoluxub, o da Zmapp zərdabını qəbul edib və Atlant xəstəxanasına yerləşdirilib. Xanım Raytbolun həyat yoldaşı xəstənin vəziyyətinin yaxşılaşdığını bildirib. Lakin qadının gələcək taleyi haqqında hələlik məlumat verilmir.

Dünya Səhiyyə Təşkilatının (DST) son məlumatına əsasən, Ebola qızdırması epidemiyası nəticəsində azı 1350 nəfər dünyasını dəyişib, ölənlərin coxu Liberiya, Syerra-Leone və Qvineyadandır. Nigeriyada da bu virusdan bir neçə nəfər ölüb, Liberiyadan isə bir nəfər (keşiş Migel Paxares) Madrid xəstəxanalarının birinə gətirilib və orada dünyasını dəyib.

Bu kəskin kontagioz virus xəstəliyə qarşı hələlik vaksin və dərman mövcud olmaması vəziyyəti daha da mürəkkəbləşdirir. Bu xəstəliyə tutulma hallarının təxminən 90 faizi ölümlə nəticələnir, lakin pasiyentlərin həkimlərə vaxtında müraciət etməsi onların sağalma şanslarını artırır.

Dünyada Ebola virusu kəşf olunduğu tarixdən - 1976-ci ildən başlayaraq bu günə qədər epidemiya dövründə də bu virusdan ölənlərin sayı ən çoxu üç yüz nəfər olub.

Qeyd edək ki, amerikalı həkim Kent Brentli Liberiyada "Samaritan’s Purse" humanitar təşkilatında işləyib və virus epidemiyasından sonra Ebola qızdırması ilə mübarizəyə kömək edib. İyulun 23-də Kent Brentli özündə bu öldürücü virusunun simptomlarını hiss edərək dərhal təcrid olunub. İyulun axırlarında onu Emori universitetinin Atlanta xəstəxanasına yerləşdiriblər.

AzNews.az