Cahangir Zülfüqarov Niyaməddin Musayevə söz atdı

12 Sentyabr 2012 18:16 (UTC+04:00)
"Bəstəkarlar İttifaqı nə bayağı mahnıların qarşısını ala, nə də onu cəmiyyətə sırıyanlara "dayan" deyə biləcək". Bu sözlərin müəllifi bəstəkar Cahangir Zülfüqarovdur.

O, AzNews.az-a açıqlamsında deyib ki, bayağı mahnılar həmişə olub və olacaq da: "Azərbaycanın böyük bəstəkarlıq məktəbi var. Üzeyir Hacıbəyov, Tofiq Quliyev, Cövdət Hacıyev, Qara Qarayev və s. Amma bunlarla yanaşı bəstəkarlıq təhsili olmayan, not bilməyib mahnı yazanlar da olub. Etiraf edək ki, onların mahnıları bu gün sevilməkdədir.

Bir də var Niyaməddin Musayev məktəbi. Mən bunu deyənləri anlaya bilmirəm. Axı onun hansı məktəbi var? Nə yazıb, o? Özünü "bəstəkar" adlandıranlar yaxın müddətdə yaddaşlardan silinəcək. Amma tarixdə ciddi musiqilər və onu bəstələyənlər qalacaq".

Bahar
AzNews.az