4 otaqlı ev yandı
22 Avqust 2014 20:58 (UTC+04:00)
Bərdədə vətəndaşa məxsus 4 otaqlı ev yandı.
"Qafqazinfo" xəbər verir ki, Bərdə rayonu, Sərkarlar kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və evin eyvanına yığılmış 1.5 ton ot baglaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az