Bakıda zəncirvari qəza baş verdi - FOTO + VİDEO

23 Avqust 2014 07:15 (UTC+04:00)


APA TV-nin məlumatına görə, hadisə İnşaatçılar prospektində qeydə alınıb. Qəza zamanı 3-ü "Mercedes", biri "Tofaş" olmaqla 4 maşın toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, yol polisinin dur əmrinə tabe olmayan "90 MK 122" dövlət nömrə nişanlı "Mercedes"in sürücüsü yüksək sürətlə prospektdə hərəkət edən zaman yol ayrıcında olan işıqforun qırmızı işığına məhəl qoymayıb və yol ayrıcındakı digər üç maşınla toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qəza yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəliblər. Yol polisindən verilən məlumata görə, qəzanın baş vermə səbəbi ərazidə olan "Təhlükəsiz şəhər" kameralarının görüntülərinə baxıldıqdan sonra müəyyən olunacaq. Faktla bağlı Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.



AzNews.az