Donetskdə əsirlərin paradı keçiriləcək- Ukraynanın Müstəqillik Günü

23 Avqust 2014 08:09 (UTC+04:00)


AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, "DXR" rəhbərliyi xəbəri təsdiqləyib.

Xəbərdə bildirilib ki, parad Donetskin mərkəzi küçələrindən birində keçiriləcək.

Nümayişdə əsirlər "Baxın, sakit faşistlərə" şüari ilə keçid edəcəklər.
Ukrayna hərbi komandanlığı isə separatçıların bu əməlini axmaq addım kimi dəyərləndirərək, nümayişin keçirilməsi əmrinin Moskvadan gəldiyini bildiriblər.

Məhəmməd
AzNews.az