NATO: “Rusiya ordusu Donbasda Ukraynaya qarşı döyüşür”

23 Avqust 2014 11:37 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, NATO-nun mətbuat katibi Oana Lunqesku bildirib ki, burada söhbət hərbi aviasiya, hava hücumundan müdafiə qüvvələri və xüsusi təyinatlılardan gedir.
Onun sözlərinə görə, Rusiya Ordusunun artileriya birləşmələri də Ukrayna ərazisində separatçıların nəzarətində olan ərazidə hökumət qüvvələrinə qarşı döyüşür.

O. Lunqesku əlavə edib ki, Rusiya Ordusunun hərbi birləşmələrinin Donbasda Ukraynaya qarşı döyüşdüyünə dair danılmaz faktlar mövcuddur.

Məhəmməd
AzNews.az