Bakıda qadın kişini bıçaqladı

23 Avqust 2014 16:14 (UTC+04:00)
Bakıda bıçaqlanma hadisəsi baş verib. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Emilya Əmiraslanova rayon ərazisində kirayə yaşadığı mənzildə Bakı şəhər sakini Nicat Orucova bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əmiraslanova tutulub.

AzNews.az