Azərbaycanlılar Türkiyədə qəzaya düşdü- 6 yaralı

23 Avqust 2014 16:50 (UTC+04:00)
Türkiyədə azərbaycanlılar ağır yol qəzasına düşüblər.
ANS PRESS-in məlumatına görə, bu gün səhər saatlarında 25 yaşlı Mirnadir Mirteymurovun idarə etdiyi 99 BT 064 Azərbaycan dövlət nömrə nişanlı avtomobil Ankaradan Samsuna gedərkən aşıb. Maşın bir neçə dəfə fırlandıqdan sonra magistral yolun əks hissəsinə düşüb.

Avtomobildə sürücüdən başqa 5 nəfər olub.

Xəsarət alan Mirnadir Mirteymurov, 49 yaşlı Flora Dəmirçiyeva, 25 yaşlı Sultan Quliyev, 54 yaşlı Gülnarə Quliyeva, 24 yaşlı Aysel Eyvazova və bir azyaşlı xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlardan birinin Azərbaycanda polis vəzifəsində çalışdığı bildirilir.

İlkin ehtimala görə, maşının aşmasına səbəb yüksək sürət olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az