PKK Atatürkün heykəl və büstlərinə hücumlar edib

25 Avqust 2014 07:09 (UTC+04:00)


Anspress-in xəbərinə görə, Van vilayətinin Başkalke vilayətində ötən axşam icazəsiz asksiya keçirən bir qrup PKK üzvü Atatürkün Cümhuriyyət meydanındakı heykəlinə hücum edib. Kəndir bağlayaraq heykəli yıxmağa çalışan üzü bağlı aksiyaçılar polisin gəldiyini görərək hadisə yerindən qaçıblar.

Qeyd edək ki, postamentin üzərindəki heykəli əyən terrorçular abidəni yıxmağa müvəffəq olmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə təhlükəsizlik qüvvələri ilə atışma zamanı ölən PKK terrorçusu Mahsum Korkmaza Diyarbəkirin Lice rayonunda abidə qoyulmuş, daha sonra valinin göstərişi ilə heykəl qoyulduğu yerdən götürülmüşdü.

AzNews.az