Donetskdə əsirlərin paradı-Separatçılardan qeyri-insanı addım (Video+Foto)

25 Avqust 2014 08:14 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, Ukraynanın dövlət müstəqilliyi günü - avqustun 25-də keçirilən nümayiş zamanı 50-yə yaxın ukraynalı əsir şəhərin Lenin prospektindən qondarma "Donetsk Xalq Respublikası"nın silahlılarının müşayiəti ilə keçid ediblər.
Əsirlərə kənardan təhqiramiz ifadələr səsləndirilib. Şahidlərin dediyinə görə, hərbi əsirlərin üzərində daş qırıntıları atılıb və onlara lənət yağdırılıb.

Sonra isə əsirlər avtobuslarala ərazidən uzaqlaşdırılıb.
Daha sonra isə əsirlər hərbi keçid təşkil ediblər.

Məlumata görə, hazırda 100-ə yaxın Ukrayna hərbçisi separatçılar tərəfindən əsir saxlanılır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin sözcüsü Andrey Lısenko isə hərbi əsirlərin nümayişini beynəlxalq qanunlara və insanlığa sığışmayan hal kimi dəyərləndirib və bu məsələdə Rusiya hökumətini ittiham edib.

Xatırladaq ki, buna bənzər hadisə 2-ci Dünya müharibəsi zamanı baş verib. SSRİ komandanlığının əmri ilə Moskvada həyata keçirilən paradda faşist Almaniyasının hərbi əsirlərinin keçidi təşkil olunub.



Məhəmməd
AzNews.az