Daha bir yol təmirə bağlandı

25 Avqust 2014 08:18 (UTC+04:00)
Bakı Beynəlxalq Avtovağzalından "Sədərək" ticarət mərkəzinə aparan yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-ə keçən gecə Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsi ("Sədərək" ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün bağlanıb.

Bu, eyni zamanda Bakı Şəhər Yol Polisi İdarəsi istiqamətindən gələrək Bakı dairəvi yolunun 4-cü km-də yerləşən yol ötürücüsündən dönmə əməliyyatı etməklə sözügedən əraziyə hərəkət edən nəqliyyat vasitələrinə də aiddir.

Sürücülər alternativ olaraq Xocasən-Lökbatan yolu vasitəsilə Bakı dairəvi avtomobil yolunun 8-ci km-ə çıxmaqla Lökbatan istiqamətinə hərəkət edə bilərlər.

AzNews.az