Sura özünü niyə asıb? - Təfərrüat

25 Avqust 2014 09:04 (UTC+04:00)

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü müğənni Əsgərli Sura İlham qızı özünü Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən mənzildə asaraq intihar edib. Gənc müğənni avqustun 23-də Buzovna qəsəbəsi Qaçaq Nəbi küçəsi 3 ünvanındakı evdə kimsənin olmadığı vaxt tavandakı taxtaya ip bağlayaraq özünü asıb. Onun asılı vəziyyətdə qalmış meyitini yaxınları həmin gün axşam saatlarında aşkarlayıblar.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 23 yaşlı Sura müğənni, həm də bəstəkar olub. Onun intihar səbəbləri araşdırılır.

AzNews.az