Turçinov: “İnanmıram ki, bu problem sülh yolu ilə həll olunsun“

25 Avqust 2014 10:21 (UTC+04:00)


Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu sözləri Ukrayna Ali Radasının rəhbəri Aleksandır Turçinov deyib.

Turçinov deyib ki, diplomatik danışıqları davam etdirmək lazımdır: "Amma mən inanmıram ki, bu problem sülh yolu ilə həll olunsun. Yaranmış münaqişənin həlli Ukrayna ordusundan aslıdı. Bizim ordu bu problemi birdəfəlik həll edə bilər".

Turçinovun sözlərinə görə, Putin Ukraynanın şərqini yox, bütün ölkəyə qarşı aqresiya göstərir: "Rusiya prezidentinin məqsədi Demokratik Ukraynanı məhv etməkdi, Putinin imperialis siyasətinin gerçək mahiyyəti budur"

AzNews.az