Fəhlə işlədiyi evin damından yıxılıb öldü- Bakıda

25 Avqust 2014 10:48 (UTC+04:00)


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 22-də Bakı şəhər sakini Rəşid Nəsibov Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəhlə işlədiyi evin damından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş R.Nəsibov avqustun 23-də orada ölüb.

AzNews.az