“Azərcell” abunəçilərin cibinə necə girir? — Saniyələrdən yığılan milyonlar

25 Avqust 2014 11:39 (UTC+04:00)
Şikayətçilər bu mobil operatorun dələduzluq yolu ilə milyonlar qazandığını bildirirlər. Onların sözlərinə görə, sadə hesablama və bir neçə saatlıq müşahidə aparmaqla "Azercell" abunəçilərinin neçə aldadıldığını görmək olar. Şikayətçinin məktubunda deyilir: "Bizim üçün adi gələn bu xırda rəqəmlərdən şirkət milyonlar qazanır. Təbii ki, cibimizə girməklə. "Azercell"in özünün müəyyən etdiyi qiymətdə şəbəkədaxili danışıq tarifi 7 qəpik müəyənləşib. Ancaq maraqlıdır ki, abunəçilər 50 saniyə danışanda da onların balansından 7 qəpik — yəni 1 dəqiqəlik danışığın qiyməti silinir. Nədənsə, şirkət 5 saniyə artıq danışanlara bu güzəşti etmir. Yoxladıqda əmin ola bilərsiniz ki, şirkət 1 dəqiqə 5 saniyə üçün abunəçilərin balansından 8-9 qəpik çıxır. Təəssüflər olsun ki, əksər abunəçilər bunun fərqində deyil. Ölkədəki Azercell istifadəçilərinin ümumi sayını nəzərə alsaq, bu milyonlarla halal olmayan qazanc anlamına gəlir".
Qeyd edək ki, zaman-zaman Azərbaycandakı mobil operatorların dələduzluq yolu il müştərilərinin "cibinə girməsi" barədə məlumatlar yazılıb. Əlbəttə yazılanlar real vəziyyətin çox cüzi hissəsini əhatə edir. Çünki onlar dələduzluq etməkdə çox püxtələşib. Bunları aşkarlamaq o qədər də asan deyil. Amma təəssüf hamının bildiyi – danışıq tariflərinin bahalığı, şirnikləşdirici SMS-lər, yalançı kampaniyalar və.s-lə bağlı hətta nazirlər səviyyəsində qaldırılan neqativ hallar belə çözülmür...

Azər
AzNews.az