İki ildir girov saxlanılan jurnalist azad edildi

25 Avqust 2014 12:04 (UTC+04:00)


APA-nın BMT-nin İnformasiya Mərkəzinə istinadən xəbərinə görə, BMT iki il əvvəl Suriyada əsir götürülən amerikalı müstəqil jurnalist Piter Teo Kurtisin azad edilməsini təsdiqləyib.

BMT sülhməramlıları jurnalisti Colan yüksəkliklərinə aid ərazidə əl-Rafid kəndində təhvil alıblar.

Qeyd edək ki, 45 yaşlı müstəqil jurnalist Piter Kurtis 2012-ci ildə Türkiyə-Suriya sərhədi yaxınlığında "ən-Nusra Cəbhəsi"nin yaraqlıları tərəfindən əsir götürülmüşdü.

AzNews.az