Bakıda Gürcüstan vətandaşının avtomobili qaçırıldı

25 Avqust 2014 13:21 (UTC+04:00)


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 18-də Gürcüstan vətəndaşı Divali Aleksandreyə məxsus "Ford" markalı avtomobil qaçırılıb.

Hadisə ilə bağlı gürcü vətəndaşı dərhal polisə məlumat verib. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Çevik Polis Alayı və Nərimanov rayon polis idarəsi 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili aparmış şəxs yaxalanıb. Məlum olub ki, Divali Aleksandreyənin avtomobilini aparan şəxs həmyerlisi, Gürcüstan vətəndaşı Aslan Əhmədovdur. Saxlanılan şəxs Binəqədi rayon polis şöbəsinə təhvil verilib.

Amid
AzNews.az