Poylu-Ağstafa dəmir yolu əsaslı təmir olunur

25 Avqust 2014 14:13 (UTC+04:00)
"Azərbaycan Respublikasında dəmir yol nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, 10 dekabr 2013-cü ildə Ağstafa-Poylu mənzilində 317-ci kilometrin əsaslı təmiri başa çatıb.

AzNews.az-ın TTV-yə istinadən verdiyi məlumata görə, əsaslı təmir olunan 317 kilometr 800 metrlik uzunölçülü relslərlə əvəzlənib ki, bu da konfortun artırılmasına xidmət edir. Bu il də proqrama əsasən təmir işləri davam etdirilir. Təmir işləri çərçivəsində Poylu-Ağstafa mənzilində 9 km dəmir yolunun əsaslı təmiri həyata keçirilir.

Azərbaycan DYQSC-nin mətbuat katibi Nadir Əzməmmədov: "Bu işlər mütəmadi olaraq davam etdiriləcək. Çünki bizim üçün vacib olan Traseka dəhlizidir. Gələcəkdə bu yolda Bakı-Tiflis-Qars dəmir yolu xətti də işə düşəcək. Buna kimi biz təmir işlərini davam etdirəcəyik."

Artıq 5 km köhnə dəmir yolu sökülüb yenisi ilə əvəz olunub. Ümumilikdə isə 9 km yolun tam təmirinin başa çatdırılması bu ayın sonuna planlaşdırılıb.

AzNews.az