2 təyyarə səmada toqquşdu- FOTO

25 Avqust 2014 16:47 (UTC+04:00)
İsveçrənin şərqində iki təyyarə səmada toqquşub.

ANS PRESS-in məlumatına görə, yerli informasiya agentliyi ATS hadisənin İsveçrə kantonları Sankt-Qallen və Turqaunun sərhədində yerli vaxtla 17:00-da baş verdiyini bildirib.

Sankt-Qallen polisinin nümayəndəsinə istinadən ATS agentliyinin məlumatında, yüngül mühərrikli təyyarələrdən birinin toqquşmadan sonra Sankt-Marqareten şəhəri ərazisində yerə düşdüyü qeyd olunub.

Hadisə zamanı bortun içində olan dörd nəfər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

İkinci təyyarənin pilotu Zitterdorf şəhəri yaxınlıqda təyyarəni endirə bilib. Bu təyyarənin içində olan iki nəfər ciddi zərər çəkib.

Hal-hazırda hadisənin səbəbi məlum deyil, istintaq aparılır.



AzNews.az