Natiq Ədilovun qardaşı həbsdə qaldı

25 Avqust 2014 19:49 (UTC+04:00)
Bu gün Bakı Apellyasiya Məhkəməsi "Azadlıq" qəzetinin əməkdaşı və AXCP liderinin mətbuat katibi Natiq Ədilovun qardaşı Murad Ədilovun şikayətini təmin etməyib.

Murad avqustun 11-də Sabirabadda narkotik ticarətində şübhəli bilinərək saxlanılıb.

Avqustun 13-də məhkəmə onu 3 ay müddətinə həbs edib. Bu qərardan apellyasiya şikayəti verilib.
"Qafqazinfo" xəbər verir ki, Natiq Ədilovun Turan-a verdiyi məlumata görə, şikayətdə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi məsələsi qaldırılıb.

N.Ədilov qardaşının həbsinin siyasi motivli və Ədilov qardaşlarının siyasi və jurnalist fəaliyyəti ilə bağlı olduğunu düşünür.

AzNews.az