“Peyğəmbərə 40 sual”dan – Dördüncü sual
13 Sentyabr 2012 07:31 (UTC+04:00)
AzNews.az saytı "Stolüstü kitab" rubrikasında çoxunun stolüstü kitabına çevrilən "Peyğəmbərə 40 sual-cavab" kitabından istifadə etməklə, sonuncu peyğəmbər Məhəmmədə (s.ə.s) ünvanlanan sualları və Allahın Rəsulunun cavablarını təqdim edir.
Ərş və Kürsidən xəbər ver, ya Məhəmməd
Haqq-taala Ərş və Kürsini nədən yaratdı?
Allahın Rəsulu cavab verdi ki, haqq-taala Ərş və Kürsini nurdan yaratdı. Kürsinin əzəməti belədir ki, yeddi qat göylər və yeddi qat yerlər onun qarşısında bir süfrə kimidir. Haqq-taala Xərqail adlı bir mələk yaratdı və ona on səkkiz min qanad verib dedi: "Ya Xərqail, üç ərşimi seyr et."
Mələk doqquz min il uçmaqla ancaq Ərşin bir ayağına yetişdi. Xəcalət və nədamət ilə ahu-zar etdi. Haqq-taaladan nida gəldi ki, ya Xərqail, əgər qiyamətədək uçsan, yenə ərşin ayağına çatmazsan.
AzNews.az