Ukrayna yenə seçkilərə gedir-Poroşenko Ali Radanın fəaliyyətini dayandırdı
26 Avqust 2014 08:05 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidenti Petr Poroşenko xalqa müraciət edib.
O deyib ki, Ali Radaya seçkilər oktyabrın 26-da keçiriləcək.
Prezident seçkilərdən sonra hökumətin yeni kabinetinin formalaşdırılacağını da bəyan edib.
P. Poroşenko Ali Radanın fəaliyyətinin vaxtından əvvəl dayandırılması ilə bağlı da əmr imzalayıb.
Məhəmməd
AzNews.az