DİN bugünkü dəhşətli qətllə bağlı açıqlama yaydı

26 Avqust 2014 11:21 (UTC+04:00)

AzNews.az DİN-nin saytına istinadən xəbər verir ki, avqustun 25-də Xəzər rayonunun Şağan qəsəbəsində Tərlan Abdullayevin yaşadığı evə gəlmiş qohumu Nahid Qədəşov ailə-məişət münaqişəsi zəminində ona, onun arvadı Ülkərə, oğlu Rəhmana və öz qardaşı Cahidə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Ülkər orada ölüb.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Qədəşov tutulub.

Amid
AzNews.az