“İŞİD“ Roma papasını öldürmək istəyir

26 Avqust 2014 11:46 (UTC+04:00)

Anspress-in məlumatına görə, "İl Tempo" qəzeti İtaliya kəşfiyyat orqanlarındakı mənbəsinə istinadən xəbər verir ki, "İŞİD" papanı öldürməyi planlaşdırıb.

Qəzetin yazdığına görə, "İŞİD" tərəfindən saxta həqiqətləri yaymaqda günhlandırılan papa Fransiskə qarşı sui-qəsd planı hazırlanıb.
"Özünü "İslam Dövləti"nin xəlifəsi elan edən əl-Bağdadi Avropa və İtaliyada sui-qəsdlər həyata keçirərək vəziyyəti bir az da ağırlaşdırmaq istəyir. Son aylarda 50-dən artıq italiyalı gənc islam uğrunda döyüşmək üçün Suriya və İraqa gedərək "İŞİD"-ə qoşulub", deyə qəzet yazır.

Qeyd edək ki, Papa Fransisk "İŞİD"-ın hücumlarını qınamış və İraqda yaşayan xristianlara qarşı zorakılıq edildiyini bəyan etmişdi.

AzNews.az