Azərbaycanlı sərnişinə görə təyyarə İrəvanda eniş etdi- Qalmaqal

26 Avqust 2014 12:20 (UTC+04:00)

"Qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə şahidləri bildiriblər ki, təyyarə Dubaydan uçuş edərkən 30-35 yaşlı sərnişinlərdən biri kobudluq etməyə, bərkdən danışmağa və uşaqlara hücum etməyə başlayıb.

Təyyardə ancaq qadın stüardessalar işlədiyi üçün kömək məqsədilə kişi sərnişinlərə müraciət edilib. Onlar çətinliklə həmin sərnişini oturacağa bağlayıblar.

Səhər saatlarında isə təyyarə İrəvanda eniş etməli olub. İki saaat yarım aeroportda qalmalı olublar, pilotlar onu yerli polisə təslim etmək istəyiblər. Lakin Ermənistan hökuməti onu qəbul etməkdən imtina edib. Qollarına qandal taxılan azərbaycanlı sərnişinə sakitləşdirici vurulub və o, bir müddət yuxuya gedib. Daha sonra 3 saatlıq gecikmədən sonra təyyarə Moskvaya çatıb. Azərbaycan sərnişin isə polis bölməsinə aparılıb.

AzNews.az