Abdullah Gül İlham Əliyevə zəng etdi

26 Avqust 2014 15:30 (UTC+04:00)

Abdullah Gül prezidentlik fəaliyyəti dövründə Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə etmiş, bu əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevlə olan şəxsi dostluq münasibətlərinin rolunu xüsusi vurğulamışdır.

Xoş sözlərə görə Abdullah Gülə minnətdarlığını bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin möhkəmləndirilməsində Abdullah Gülün xidmətlərini xüsusi vurğulamış, ölkələrimiz arasında ikitərəfli əlaqələrin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

AzNews.az