Günel Məhərrəmovanın qayıdışı şou biznesə vəlvələ salıb – FOTO

13 Sentyabr 2012 08:54 (UTC+04:00)
Müğənni Günel Məhərrəmova 2 ildən sonra yaradıcılıq işlərinə başlayıb. və o, işlərinin idarə olunmasını prodüser Pərviz Fəqana həvalə edib. AzNews.az-a danışan P.Fəqan bildirib ki, bu günlərdə keçirilən tədbirlərin birində Günel ilə birlikdə iştirak ediblər və onları görənlər təəccübləniblər. Həmçinin, bu, mətbuatda səs-küyə səbəb olub.

P.Fəqan onu da qeyd edib ki, müğənninin qayıdışına paxıllıqla yanaşanlar var:

"Günelin qayıdışına paxıllıq edən şəxslərin sayı çoxdur. Buna görə, mənə çox anomin zənglər oldu. Tədbirdə bizə paxıllıqla baxmaqlarını açıq-aydın hiss edirdik. Təbii ki, bu, soyuqluq bizim üçün faydasızdır. Çünki biz paxıl deyilik və hər bir şəxsin uğuruna da sevinirik. Günel hər baxımdan səhnəyə yaraşır. Bəzi müğənnilərimizin savadı, təhsili, şarmı olmadığına görə, Günelə qəbul edə bilmirlər".

Prodüser müğənninin yaradıclıq işlərində yarana iki illik fasilənin səbəbini də açıqlayıb:

"İki illik fasilənin yaranmasına səbəb Günel Məhərrəmovanın ailə məsələləri ilə bağlıydı. Onun oğlan övladı oldu və körpənin qayğısıyla məşğul olurdu. Hazırda müğənninin ailə münasibətləri əvvəlki kimi normal qaydada davam edir. Həyat yoldaşı da Günelə yaradıcılıq işlərində dəstək olur".

Günelin yaradıcılıq işlərindən danışan P.Fəqan, yaradıcılıq yeniliklərinə toxunub:

"Biz işə başlamışıq. Günel musiqisi Xəyal Rzazadə, sözləri Azər Şirinə məxsus olan "Kaş ki, sevsəydim" adlı yeni mahnı ifa edib. Hazırda mahnı aranjiman olunur. Bundan başqa, "Yar, yar" adlı lirik mahnısının klip çəkilişlərinə başlamağa hazırlaşırırq. Digər müğənnilər kimi təkəbbürlük edib xarici ölkələrdə klip çəkdirmək fikrimiz yoxdur. Öz işimizi, öz klipmeykerimizə həvalə edəcəyik".

Fuad Mədətov
AzNews.az